Atos Medical PROVOX Vega Mode D'emploi page 88

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 13
3.
Səs protezinin Yerləşdirilmə Sancağı üzərində düzgün yerləşdirildiyini, möhkəm
bağlandığını və sancağın ucunun isə səs protezinin mavi halqasına tamamilə
yerləşdirildiyini təmin edin. (Şək. 3).
Qatlama Alətini birləşdirin
4.
Yerləşdirilmə Sancağını Qatlama Alətindəki dəliyin içindən yerinə ilişənə qədər
yönləndirin. Sancağı Qatlama Alətinin içinə ilişənə qədər dartın (Şək. 16). Provox
Insertion System indi hazırlıq üçün hazırdır. Hazırlığı yuxarıda bölmə 2.2-də
göstərildiyi kimi davam edin.
DİQQƏT: İki dəfədən artıq təkrar yükləməyin. Provox Vega səs protezi hər hansı
zədələnmə əlaməti göstərərsə, səs protezini istifadə etməyin.
2.5 Proseduru yekunlaşdırın
Yerləşdirilmədən sonra:
Düzgün uyğunluğu təmin edin
1.
Səs protezinin düzgün yerini Yerləşdirilmə Sancağını fırlatmaq və ehtiyatla
dartmaqla təmin edin (Şək. 17). Təhlükəsizlik kəməri aşağı istiqamətləndikdə
protez ideal vəziyyətdə olur.
Düzgün işləməni yoxlayın
2.
Provox Vega-nı Provox Brush ilə fırçalayın. Protezin düzgün işləməsini xəstənin
danışmasını xahiş etmək və xəstənin su içərkən protezin sızmamasına baxaraq
yoxlayın (Şək. 18).
Təhlükəsizlik kəmərini kəsin
3.
Səs protezinin düzgün yerləşdirildiyini təmin etdikdən sonra, Təhlükəsizlik
Kəmərini elə kəsin ki, o, Traxeal Flans ilə eyni səviyyədə olsun (Şək. 19). Provox
Vega səs protezi indi istifadəyə hazırdır.
3. Vacib xəstə məlumatı
3.1 Ümumi məlumat
Xəstənin öz müalicə həkimi ilə görüşməsini anladığından əmin olun, əgər:
• Protezdə və ya onun ətrafında sızma var (öskürək və/və ya selik rənginin dəyişməsi).
• Danışmaq çətinləşir (daha yüksək səy və/və ya səs daha gərgin səslənir).
• Dəlik sahəsində və ya boyun dəliyi (stoma) nahiyəsində hər hansı iltihab və ya
toxuma dəyişikliyi əlamətləri var (ağrı, qızarma, hərarət, şişkinlik, fırçalamadan
sonra fırçada qan izləri).
Həmçinin xəstəyə aşağıdakılar barədə məlumat verin:
• Protezin dəyişilməsindən sonra bəlğəmdə qan izləri tapıla bilər. Bu, TE dəliyin
kənarlarında toxumanın qranullaşmasından yarana bilər.
• Provox Vega Plug səs prostezində sızmanı müvəqqəti dayandırmaq üçün istifadə
edilə bilər.
• Optimal danışıq səsi, sərbəst danışma və optimal aydınlıq əldə etmək məqsədilə,
təlim keçmiş müalicə həkimi ilə Nitq Təlimi Sessiyaları tövsiyə olunur.
3.2 Protezə baxım
Xəstəyə özünün Provox Vega səs protezini nə vaxt və necə təmizləmək barədə təlimat verin.
Protezin gündə ən azı iki dəfə təmizlənməsi cihazın ömrünü uzatmağa kömək edə bilər.
DİQQƏT: Protezi təmizləyərkən yalnız Provox Vega ilə istifadə üçün nəzərdə
tutulan orijinal Provox aksesuarları istifadə edin.
• Protezin Provox Brush ilə gündə iki dəfə fırçalanması selik və qida qalıqlarının
protezdən kənar edilməsinə kömək edəcək.
• Protezin Provox Flush ilə yuyulması həmçinin protezdən zibil və seliyi təmizləməyə
kömək edir, bu da cihazın ömrünün artmasına kömək edə bilər.
Qeyd: Provox Flush yalnız cihazı təyin edən müalicə həkiminin nəzarəti olmadan
istifadəyə dair təlimatları anlamaq və onlara ardıcıl surətdə əməl edə bilmək
qabiliyyəti nümayiş etdirmək üzrə qiymətləndirilmiş xəstələr tərəfindən istifadə
üçün nəzərdə tutulub.
• Laktobakteriya ehtiva edən qatıq və ya ayranın gündəlik qəbul edilməsi kimi bəzi
pəhriz tədbirləri həddindən artıq Kandida artımına qarşı faydalı hesab edilir.
Provox Vega-nın necə təmizlənməsi barədə ətraflı məlumat üçün, xahiş edirik, hər
aksesuar üçün Təlimatlara baxın.
4. Əlavə məlumat
4.1 MRT, rentgen və şüa terapiyası ilə uyğunluq
Provox Vega səs protezləri sınaqdan keçirilmiş və Maqnit Rezonans Tomoqrafiyası
(3 Tesla-ya qədər sınaqdan keçirilmişdir), rentgen və şüa terapiyası (70 Gy-ə qədər
sınaqdan keçirilmişdir) ilə uyğun olduğu aşkar edilmişdir. Müayinə/terapiya sessiyası
ərzində protez TE-dəlikdə qala bilər. Radio-qeyri-şəffaf klapan oturacağının rentgendə
göründüyünü unutmayın.
4.2 Cihazın işləmə dövrü
Fərdi bioloji şəraitdən asılı olaraq cihazın işləmə dövrü dəyişir və cihazın bütövlüyünü
daha uzun müddət ərzində proqnozlaşdırmaq mümkün deyil. Cihazın materialına, məs.
bakteriya və qabarcıq təsir edəcək və cihazın struktur bütövlüyü nəhayət pisləşəcək.
88

Publicité

Table des Matières
loading

Produits Connexes pour Atos Medical PROVOX Vega

Table des Matières