Atos Medical PROVOX Vega Mode D'emploi page 86

Table des Matières

Publicité

Les langues disponibles
  • FR

Les langues disponibles

  • FRANÇAIS, page 13
• Mil diametrinin seçilməsi
Müalicə həkimi protezin xəstəyə uyğun gələn düzgün diametrini təyin etməlidir.
Seçilmiş diametr əvvəlki protezdən daha böyükdürsə, keçid (trakt) Provox Dilator
vasitəsilə yerləşdirilmiş protezin diametrinə uyğun genişləndirilməlidir.
Daha kiçik mil diametri olan protez yerləşdirilirsə, müşahidə edin və dəliyin müvafiq
diametrə yığılmasını təmin edin.
• Mil uzunluğunun seçilməsi
Düzgün uzunluğu seçmək üçün, mövcud protezi öz ölçü cihazı kimi istifadə edə
bilərsiniz.
Köhnə protez və selikli qişa divarının traxeal flansı arasında çox yer olarsa (yəni
3 mm/~0,12 düym və ya daha çox), daha qısa protez istifadə edilməlidir. Protez çox
kip oturduğu halda, daha uzun protez istifadə edilməlidir.
2.2 Hazırlıq
(Şək. 3–6)
Səs protezini yerləşdirin
1.
Səs protezinin Yerləşdirilmə Sancağı üzərində düzgün yerləşdirilməsini, möhkəm
bağlanmasını və sancağın ucunun isə səs protezinin mavi halqasına tamamilə
yerləşdirildiyini təmin edin. (Şək. 3).
Esofagial flansı qatlayın
2.
Yerləşdirilmə Sancağının Qatlama Aləti ilə düzgün yerləşdirildiyini yoxlayın
(Sancaq Qatlama Alətinə bərkidilməlidir).
3.
İki barmağınızla Qatlama Alətini sıxın (Şək. 4)
4.
Qatlama Alətini bağlı saxlayaraq yükləmə borusunu əlavə edin və yükləmə
borusunu yerində kilidlənənə qədər fırladın (Şək. 5).
(Kapsullu Yerləşdirilmə üçün tətbiq edilə bilməz)
Yükləmə
5.
Yükləmə borusunu səs protezinin Qatlama Aləti üzərindəki görünən halqası ilə
düzlənənə qədər itələyin (Şək. 6). (Kapsullu Yerləşdirilmə üçün tətbiq edilə bilməz)
Köhnə səs protezini çıxarın
6.
Mövcud (köhnə) protezi TE-dəlikdən dişsiz qanaxmanı dayandıran sıxac ilə
dartaraq çıxarın. Alternativ olaraq, müalicə həkiminin mülahizəsinə görə, protezin
traxeal flansı cərrah maşası ilə tutula və kəsilə bilər. Sonra protezin qalan hissəsi
bağırsaq traktından keçmək üçün esofaqusa itələnir. Bu üsuldan istifadə etməzdən
əvvəl xəstənin hər hansı bağırsaq xəstəliyi ilə bağlı tarixi nəzərə alınmalıdır.
Dəliyi hazırlayın (istəyə bağlı)
7.
Səs protezini yerləşdirməyə hazırlamaq üçün dəlik genişləndirilə bilər. Bu,
adətən zəruri deyil, lakin asanlıqla yığıla bilən maili və ya kip dəlikli xəstələrdə
yerləşdirməni asanlaşdıra bilər.
2.3 Yerləşdirilmə, Vaxtında yönəldilmiş
dəyişdirilmə proseduru
Provox Insertion System ilə Provox Vega səs protezinin yerləşdirilməsi üçün dörd
üsuldan istifadə edilə bilər. Üsulun seçimi müalicə həkiminin mülahizəsinə bağlıdır.
2.3.1
Sistem Yerləşdirilməsi: Bütün yerləşdirilmə sistemi istifadə olunur.
2.3.2
Boru Yerləşdirilməsi: Qatlama Aləti yerləşdirilməzdən əvvəl çıxarılır.
2.3.3
Aşırı itələməklə Yerləşdirilmə: Bütün səs protezi esofaqusa yerləşdirilir və
sonra nəzərdə tutulan mövqeyədək geri çəkilir.
2.3.4
Kapsullu Yerləşdirilmə: Səs protezi yerləşdirilməzdən əvvəl Provox Capsule-un
içinə yerləşdirilir.
2.3.1 Üsul 1: Sistem Yerləşdirilməsi
1.
TE-dəliyə daxil olun
Provox Insertion System-i Yükləmə Borusu ilə saxlayın. Yükləmə Borusu ucluğu
ilə dəliyə daxil olun. Müqavimətlə qarşılaşdığınız təqdirdə ehtiyatla davam edin.
Müqavimət olduqda, genişləndirmə və/və ya yağlama yerləşdirməni asanlaşdıra
bilər.
2.
Səs protezini yerləşdirin
Bir əlinizlə Yükləmə Borusunu sabit saxlayın və digər əlinizlə Yerləşdirmə
Sancağını Distal tutma səthindəki oxlar Qatlama Alətinin alt kənarı ilə eyni
səviyyəyə gələnə qədər itələyin (Şək. 7). Bu nöqtədə səs protezinin esofagial
flansı esofaqusda tamamilə açılır.
3.
Səs protezini buraxın
Yükləmə Borusunu və Qatlama Alətini düz şəkildə dəlikdən dartın. Səs protezi
dəlikdə qalır; hələ də Yerləşdirmə Sancağına möhkəm bərkidilib.
4.
Proseduru yekunlaşdırın
Yerləşdirmədən sonra, proseduru aşağıda bölmə 2.5-də təsvir olunmuş qaydada
yekunlaşdırın.
2.3.2 Üsul 2: Boru Yerləşdirilməsi
Görünməni artırmaq məqsədilə, Qatlama Aləti protez yükləmə borusuna itələndikdən
sonra çıxarıla bilər.
Qeyd: Protezi yerləşdirilərkən esofaqus flansının düzgün qatlanması məqsədilə, Qatlama
Aləti ilə təchiz olunmuş Provox Insertion System-dən həmişə istifadə etmək vacibdir.
86

Publicité

Table des Matières
loading

Produits Connexes pour Atos Medical PROVOX Vega

Table des Matières