edərək) təmizləməyin.
Güclü təmizləyici vasitələrdən istifadə
etməyin. Onlar, STIHL maşınınızın
təhlükəsiz istismarını zəiflədərək, plastik
və metal hissələri zədələyə bilər.
Yanğın təhlükəsinin qarşısını almaq üçün
qapaq və tüstü çıxan boru arasında soyuq
hava sahəsini məs. ot, saman, şibyə,
yarpaq və digər yağlardan təmiz saxlayın.
Texniki baxış işləri:
Yalnız bu istifadə təlimatında göstərilən
texniki baxış işləri icra edilə bilər. Bütün
digər işləri mütəxəssis vasitəçi icra
etməlidir.
Əgər zəruri təcrübəniz və ya köməkçi
avadanlığınız yoxdursa, lütfən, həmişə
mütəxəssis vasitəçi ilə əlaqə saxlayın.
STIHL, texniki baxış və təmir işlərini yalnız
STIHL mütəxəssis vasitəçi tərəfindən
həyata keçirməyinizi tövsiyə edir.
STIHL-in mütəxəssis vasitəçiləri
müntəzəm olaraq təlim kurslarında iştirak
edir və texniki məlumat ilə təmin edilir.
Yalnız STIHL tərəfindən bu maşın üçün
təsdiqlənmiş alətlər, aksesuarlar və ya
qurulmuş cihazlardan, yaxud texniki
cəhətdən eyni hissələrdən istifadə edin.
Əks halda, fərdi xəsarət və ya maşının
zədələnməsi ilə nəticələnən qəzalar
təhlükəsi yarana bilər. Əgər hər hansısa
bir suallarınız varsa, lütfən, mütəxəssis
vasitəçi ilə məsləhətləşin.
Orijinal STIHL alətləri, aksesuarlar və
ehtiyat hissələrinin xarakteristikası ən
yaxşı şəkildə maşın və istifadəçinin
tələblərinə uyğunlaşdırılıb. Əsl STIHL
ehtiyat hissələri STIHL ehtiyat hissələrinin
nömrəsinə, STIHL yazısına və əgər varsa,
STIHL ehtiyat hissələri simvoluna görə
tanına bilər. Kiçik hissələrdə yalnız simvol
ola bilər.
0478 121 9919 A - AZ
Xəbərdarlıq və məlumat yapışqanlarını
həmişə təmiz və oxunaqlı saxlayın.
Zədələnmiş və ya itmiş yapışqanlar STIHL
mütəxəssis vasitəçisindən yeni, orijinal
lövhələr ilə dəyişdirilməlidir. Əgər
komponent yeni komponent ilə əvəz
edilibsə, yeni komponentin eyni
yapışqanlar ilə təmin edildiyindən əmin
olun.
Kəsici hissələrdə işləri qalın iş əlcəkləri ilə
və ehtiyatla yerinə yetirin.
Cihazı təhlükəsiz vəziyyətə gətirmək üçün
bütün qayka, bolt və vintləri, xüsusilə də
bıçaq vintlərini bərkidin.
Cihazı və ot toplayan səbəti xüsusilə
anbarda saxlamamışdan əvvəl (məs. qış
fasiləsindən əvvəl) yeyilmə və zədələrə
qarşı yoxlayın. Təhlükəsizlik səbəbindən
yeyilmiş və ya zədələnmiş hissəsləri
dərhal dəyişin ki, cihaz hər zaman
təhlükəsiz şəkildə işləyə bilsin.
Texniki baxış üçün hissələr və ya
qoruyucu alətlər kənarlaşdırıldıqda onlar
müvafiq şəkildə və qaydalara əsasən
yenidən qurulmalıdırlar.
Otbiçmə bıçaqlarını möhkəm oturmasına
və zədələnmə və ya yeyilməyə görə
yoxlayın.
4.7 Uzun fasilələr zamanı anbarlama
Soyudulmuş cihazı quru, bağlı yerdə
saxlayın.
Cihazın yersiz istifadədən (məs. uşaqlar
tərəfindən) qorunduğuna əmin olun.
Cihazı anbarda saxlamamışdan əvvəl
(məs. qış fasiləsində) tam təmizləyin.
Cihazı müvafiq şəkildə saxlayın.
4.8 Xəbərdarlıq – Elektrik enerjisi
nəticəsində təhlükə
Diqqət!
Enerji təhlükəsi!
elektrik təhlükəsizliyi
üçün xüsusilə şəbəkə
kabelləri, şəbəkə
ştepselləri,
yandırma- / söndürmə keçiriciləri və
birləşdirmə xəttləri vacibdir. Elektrik
təhlükəsinə məruz qalmamaq üçün
zədələnmiş kabel, tənzimləyici və
ştepsel və ya qaydalara uyğun
olmayan xəttlər istifadə oluna
bilməz.
Birləşdirici xəttlərini müntəzəm
olaraq zədlənmə və ya köhnəlməyə
(qırılmaya) qarşı yoxlayın.
Cihazı yalnız elektrik cihazı ilə açın.
Naqilin tamburu istifadə edilməzdən əvvəl
tamamilə açılmalıdır.
Heç bir vaxt zədələnmiş kabeldən istifadə
etməyin. Qüsurlu kabeli yenisi ilə əvəz
edin və uzatma kabellərində heç bir təmir
işi aparmayın.
Xəttlər zədləndikdə və ya yeyildikdə
istifadə oluna bilməzlər. Xüsusilə şəbəkə
xəttləri zəədlənmə və köhnələməyə qarşı
yoxlanmalıdırlar.
Şəbəkə xəttlərində texniki baxış və təmir
işləri xüsusi ixtisaslı şəxslər tərəfindən
yerinə yetirilə bilər.
Enerji vurması təhlükəsi!
Zədələnmiş xətt enerji mənbəyinə qoşula
bilməz və zədələnmiş xəttə yalnız enerji
mənbəyindən ayrıldıqda əl vurmaq olar.
471