Loewe bild i | İstifadəçi təlimatı
Giriş| Mündəricat | Komplekt | Sənədlər
Texniki məlumatlar lövhəsi
Giriş
Bizi seçdiyinizə və etimad göstərdiyinizə görə
təşəkkür edirik.
"Loewe"ni seçməklə siz sadəcə müasir və tex-
niki baxımdan innovativ televizor deyil, həm
də zamanı qabaqlayan dizayn, son dərəcə
dəqiq görüntü keyfiyyəti, kino və musiqi üçün
möhtəşəm səs, həmçinin "Loewe" məsafədən
idarəetmə pultu, smartfon və ya planşet
vasitəsilə idarəetməni seçmiş olursunuz.
Bir sözlə, "Loewe" misilsiz ev əyləncəsini təmin
edir.
Sizi "Loewe"nin təqdim etdiyi yüksək keyfiyyətli
ev əyləncəsindən zövq almağa dəvət edir
və sizi müştərilərimiz sırasında görməkdən
məmnunluğumuzu ifadə edirik.
Televizordan təhlükəsiz və problemsiz
uzun müddət istifadə etmək üçün onu işə
salmamışdan əvvəl növbəti səhifədə təqdim
olunan Təhlükəsizlik/Xəbərdarlıq bölməsi
ilə tanış olun.
Mündəricat
Giriş ......................................................................91
Komplekt ............................................................91
Sənədlər .............................................................91
Texniki məlumatlar lövhəsi ............................91
Təhlükəsizlik/Xəbərdarlıq ...............................92
Məsafədən idarəetmə pultunun sxemi .....94
Birləşmələrin mövqeyi və funksiyası ...........95
Məsafədən idarəetmə pultunun hazır
vəziyyətə gətirilməsi .......................................96
Batareyaların daxil edilməsi və ya
dəyişdirilməsi .....................................................96
Televizorun qoşulması ....................................96
"Klang bar i" səs panelinin qoşulması .........96
Antenaların qoşulması ....................................96
Xarici cihazın HDMI kabeli ilə qoşulması ...96
HDMI eARC ilə audio sisteminə qoşulma 97
Optik audiokabel ilə audio sisteminə
qoşulma ..............................................................97
Analoq audiokabel ilə audio sisteminə
qoşulma .............................................................97
Cərəyana qoşulma ...........................................97
Start – ilk addımlar ...........................................97
Əsas menyu .......................................................98
Elektron Proqram Bələdçisi (EPG) ...............99
Pultun Dekoder (STB) üzrə
proqramlaşdırılması ........................................99
Məsafədən idarəetmə pultunun/
"Bluetooth" un əlaqələndirilməsi ............. 100
VIDAA hesabı .................................................. 100
"Alexa" ilə səs idarəetməsi........................... 100
Kanal siyahısının redaktə edilməsi ............ 100
Yazı .................................................................... 101
Texniki məlumatlar ........................................ 102
Ətraf mühit ...................................................... 106
Utilizasiya ......................................................... 106
Lisenziyalar ..................................................... 106
Texniki məlumatlar ........................................ 107
İstehsalçının uyğunluq bəyannaməsi ..... 107
Çıxış məlumatları ........................................... 107
Komplekt
Quraşdırma təlimatları
Loewe bild i dr+
Loewe klang bar i (modeldən asılı
olaraq, ayrı karton qutuda verilir)
Loewe table stand i rotation
unit (modeldən asılı olaraq)
Loewe table stand i plate
(modeldən asılı olaraq)
Loewe wall mount universal (bild i.77 dr+)
Salamlama qutusu:
AAA tipli 2 batareyası olan
məsafədən idarəetmə pultu
Cərəyan kabeli
İstifadəçi təlimatı (bu sənəd)
Masaüstü altlığın quraşdırılması
üçün təlimat
Quraşdırma üçün vintlər
Quraşdırma üçün alətlər dəsti
Sənədlər
İstismar təlimatının bu hissəsində vacib
məlumatlar əks olunub. Cihazı ilk dəfə işə sal-
maq üçün asan anlaşılan istifadəçi təlimatından
istifadə olunur.
Yeni "Loewe" televizorunun funksiya və
xüsusiyyətlərini əks etdirən ətraflı istifadəçi
təlimatını "Loewe"nin saytından elektron format-
da yükləyə bilərsiniz.
İstifadəçi təlimatı mütəmadi
olaraq yenilənir.
Ətraflı istifadəçi təlimatı ilə bura-
da tanış ola bilərsiniz
www.loewe.tv/int/support
Burada həmçinin FAQ (tez-tez verilən
suallar) ilə tanış ola bilərsiniz.
Texniki məlumatlar lövhəsi
Model nömrəsi və tələb olunan elektrik gərginliyi
barədə məlumatların əks olunduğu etiket tele-
vizorun arxasına yapışdırılmışdır.
91